Almaniyanın xarici işlər naziri Yohan Vadeful Ukraynaya alman qoşunlarının daxil olmasına, hətta müharibənin mümkün başa çatmasından sonra sülhməramlı qismində belə göndərilməsinə qarşı çıxıb.
Operativ Media xəbər verir ki, bu haqda "Euronews" məlumat yayıb.
O qeyd edib ki, Bundessverin artıq Litvada yerləşdirilmiş briqadası var:
“Əgər biz əlavə qoşunları Ukraynada yerləşdirsək, kifayət qədər qüvvəyə sahib olmaya bilərik”.
Nazir vurğulayıb ki, sülhməramlı tapşırıqları Bundessverin iştirakı olmadan da həyata keçirmək mümkündür.