RU

“iPhone”ların qiyməti arta bilər

Bütün yeni “iPhone”lar Hindistanda istehsal olunacaq. 

“Qafqazinfo” “Bloomberg”ə istinadən xəbər verir ki, brendin dörd yeni modelinin hamısı Hindistandakı fabriklərdə istehsal ediləcək. 

Qeyd edək ki, “Apple”ın  sentyabr ayında “iPhone 17”, “17 Air ”, “17 Pro” və “17 Pro Max” modellərini təqdim edəcəyi gözlənilir.

Beləliklə “Apple” smartfonları ilk dəfə Çindən kənarda istehsal olunacaq. 

İstehsalın Hindistana sürətlə ötürülməsinin əsas səbəbi kimi Çindən ABŞ-yə ixraca qoyulan yüksək rüsumlar göstərilir. 

O da məlum olub ki, “Apple” yüksək idxal rüsumları və ABŞ ilə Hindistan arasında korlanmış münasibətlər səbəbindən “iPhone ” smartfonlarının qiymətini artıra bilər. 

Избранный
27
7
qafqazinfo.az

8Источники