Bütün yeni “iPhone”lar Hindistanda istehsal olunacaq.
"Ölkə.az" xəbər verir ki, brendin dörd yeni modelinin hamısı Hindistandakı fabriklərdə istehsal ediləcək.
Qeyd edək ki, “Apple”ın sentyabr ayında “ iPhone 17 ”, “ 17 Air ”, “17 Pro” və “17 Pro Max” modellərini təqdim edəcəyi gözlənilir.
Beləliklə Apple smartfonları ilk dəfə Çindən kənarda istehsal olunacaq.
İstehsalın Hindistana sürətlə ötürülməsinin əsas səbəbi kimi Çindən ABŞ-a ixraca qoyulan yüksək rüsumlar göstərilir.
O da məlum olub ki, “Apple” yüksək idxal rüsumları və ABŞ ilə Hindistan arasında korlanmış münasibətlər səbəbindən “ iPhone ” smartfonlarının qiymətini qaldıra bilər.(qafqazinfo)