RU

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Suraxanı və Nərimanov rayonlarındakı qaz xətləri üzərində görüləcək təmir işləri ilə əlaqədar avqustun 20-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, təmir işləri aparılan müddətdə Suraxanı rayonu üzrə Əmircan qəsəbəsinin Ü.Hacıbəyov, Meydan, H.Axundov, M.P.Vaqif və A.Caparidze küçələrinin, Nərimanov rayonu üzrə isə Mayak, A.Heydərov, A.Çernyayevski, P.İ.Çaykovski, İ.Hidayətzadə, M.Nağıyev küçələrinin və H.Əliyev prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media

Избранный
75
26
bizim.media

10Источники