AZ

Bakının iki rayonunda qaz fasilələrlə veriləcək

Bakının

Bu gün Bakının iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Qeyd olunub ki, Suraxanı və Nərimanov rayonlarındakı qaz xətləri üzərində görüləcək təmir işləri ilə əlaqədar avqustun 20-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.Təmir işləri aparılan müddətdə Suraxanı rayonu üzrə Əmircan qəsəbəsinin Ü.Hacıbəyov, Meydan, H.Axundov, M.P.Vaqif və A.Caparidze küçələrinin, Nərimanov rayonu üzrə isə Mayak, A.Heydərov, A.Çernyayevski, P.İ.Çaykovski, İ.Hidayətzadə, M.Nağıyev küçələrinin və H.Əliyev prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.Ulusum.az

Diqqət Çəkənlər

Dilan Polat və “qara qutu” Şule qarşı-qarşıya gəldi - FOTO

Daha 30 ukraynalı uşaq reabilitasiya üçün Bakıya göndərildi

Norveç şahzadəsinin oğlu zorlamada ittiham olunur

Seçilən
7
21
ulusum.az

10Mənbələr