RU

“iPhone”ların qiyməti bahalaşa bilər

Bütün yeni “iPhone” lar Hindistanda istehsal olunacaq. 

“Qafqazinfo” “Bloomberg”ə istinadən xəbər verir ki, “Apple”şirkəti yeni smartfonların dörd modelinin hamısını Hindistanda istehsal edəcək. 

Agentliyin məlumatına görə, mənbələr brendin dörd yeni modelinin hamısının Hindistandakı fabriklərdə istehsal ediləcəyini bildiriblər. 

Qeyd edək ki, “Apple”ın  sentyabr ayında “ iPhone 17 ”, “ 17 Air ”,  “17 Pro” və “17 Pro Max” modellərini təqdim edəcəyi gözlənilir.

Beləliklə Apple smartfonları ilk dəfə Çindən kənarda istehsal olunacaq. 

İstehsalın Hindistana sürətlə ötürülməsinin əsas səbəbi kimi Çindən ABŞ-a ixraca qoyulan yüksək rüsumlar göstərilir. 

O da məlum olub ki, “Apple” yüksək idxal rüsumları və ABŞ ilə Hindistan arasında korlanmış münasibətlər səbəbindən “ iPhone ” smartfonlarının qiymətini  qaldıra bilər. 

Избранный
29
7
qafqazinfo.az

8Источники