RU

Ermənistan və İran arasında bir sıra sənədlər imzalanıbYENİLƏNİB

Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Peşeşkan İrəvanda danışıqların nəticəsi olaraq birgə bəyanat imzalayıblar.

Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Bundan başqa, Ermənistanın Baş naziri və İran Prezidentinin iştirakı ilə bir sıra sənədlər - standartlaşdırma, verifikasiya, uyğunluğun qiymətləndirilməsi, metrologiya və texniki tənzimləmə sahəsində əməkdaşlıq haqqında memorandum; tibbi məhsulların istehsalının tənzimləməsi üzrə qarşılıqlı fəaliyyət haqqında memorandum; Ermənistan və İranın muzeyləri, kitabxanaları və milli arxivləri arasında əməkdaşlıq haqqında memorandumlar və s. imzalanıb.

10:43

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvana ilk dəfə rəsmi səfərə gələn İran Prezidenti Məsud Pezeşkianı qarşılayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Təntənəli qarşılanma mərasimi Paşinyanın iqamətgahında keçirilib.

M.Pezeşkian Ermənistana dünən gəlib. Uçuşdan əvvəl o bildirib ki, İrəvana səfərinin əsas mövzusu "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə bağlı olacaq. Prezident həmçinin qeyd edib ki, "Şərq-Qərb" marşrutu ticarət üçün mühüm platforma ola bilər.

Onun sözlərinə görə, Ermənistanla energetika, nəqliyyat, investisiya, səhiyyə və turizm sahələrində əməkdaşlığın inkişafı məsələləri nəzərdən keçiriləcək.

Избранный
33
4
xezerxeber.az

10Источники