Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkan İrəvanda danışıqların yekunları üzrə birgə bəyanat imzalayıblar.
News24.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Bundan başqa, Ermənistanın Baş naziri və İran Prezidentinin iştirakı ilə bir sıra sənədlər - standartlaşdırma, verifikasiya, uyğunluğun qiymətləndirilməsi, metrologiya və texniki tənzimləmə sahəsində əməkdaşlıq haqqında memorandum; tibbi məhsulların istehsalının tənzimlənməsi üzrə qarşılıqlı fəaliyyət haqqında memorandum; Ermənistan və İranın muzeyləri, kitabxanaları və milli arxivləri arasında əməkdaşlıq haqqında memorandumlar və s. imzalanıb.