RU

Rusiya prezidentinin öz Cinayət Məcəlləsi var?

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Voronej şəhərindəki "Alekseyevski" bazarının sahibi, iş Azərbaycanlı adamı Yusif Xəlilov həbs edilib. O, oğlunu hərbi xidmətdən yayındırmaq üçün 330 min rubl rüşvət verməkdə ittiham olunur. Bu ittihamla onu 7 ildən 12 ilə qədər azadlıqdan məhrum edə bilərlər.

Adətən rüşvətverməyə görə, çox həbs və məhkum olunanlara tez-tez rast gəlinmir. Məlum məsələdir ki, bu, Rusiya ilə Azərbaycan arasında gərginləşən münasibətlərin nəticəsidir. Yoxsa Yusif Xəlilovun oğlu, 330 min rubl, rüşvət-filan... bunlar niyə indiyədək heç kimsəni maraqlandırmamışdı.

Rusiyada bu işlər belədir: bir zaman yəhudi iş adamlarına qarşı kütləvi təqib vardı. Sonra gürcülərə qarşı, Ukraynalılara qarşı oldu bu əməliyyatlar. Zaman-zaman Mərkəzi Asiya mənşəli Rusiyalı buznesmenlər də hədəfə gəlir. İndi də Azərbaycanlılar.

Rusiya Federasiyasının Cinayət Məcəlləsində etnik mənsubiyyətə görə cinayət təqibi nəzərdə tutulmur. Ancaq, görünür, Vladimir Putinin ayrıca şəxsi Cinayət Məcəlləsi var. Üstəlik polis də, FTX də, prokurorluq da, məhkəmələr də ancaq Putinin şəxsi qanunları ilə işləyir. Ona görə də ortaya bugünkü acı reallıqlar çıxır.

Seyid Əhmədli,

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
41
39
icma.az

10Источники