Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Son dövrlərdə Rusiyanın Azərbaycana qarşı olan siyasəti heç də strateji partnyorluğa uyğun gəlmir. Burada həm bizim enerji infrastrukturumuza olan hücumlar, həm diasporamıza qarşı olan hücumlar, diaspora üzvlərimizə hədə-qorxu gəlinməsi, onlara qarşı təzyiqlər, basqılar, həmçinin bizim təyyarəmizin vurulması bütün bunlar qonşuluq və strateji partnyorluğa uyğun gəlmir”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə söyləyib.
Deputat Azərbaycan cəmiyyətinin, dövlətinin belə yanaşmanı qəbul etmədiyini vurğulayaraq əlavə edib ki, Azərbaycan elə bir dövlət deyil ki, ona təzyiq edə bilsinlər: “Azərbaycan kifayət qədər müttəfiqləri, dostları olan bir ölkədir. Beynəlxalq təşkilatlarda aktiv rolu, nüfuzu olan dövlətdir. Ona görə belə yanaşmanın uğurlu ikitərəfli münasibətin inkişafına aparılmasına inanmıram. Düşünürəm ki, tərəflər daha yaxşı olar ki, münasibətlərin normallaşmasına doğru aparan addımlar atsınlar. Etnik mənsubiyyət üzərində aparılan basqılar Rusiyanın özü üçün də təhlükəli ola bilər. Çünki Rusiya çoxmillətli dövlətdir. Müsəlmanlara, etnik azlıqlara belə basqılar, təzyiqlər gələcəkdə Rusiyanın özünün parçalanmasına gətirib çıxara bilər”.
Röya İsrafilova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.