RU

Tokayev “KazMunayQaz”ın rəhbəri ilə əlavə neft ixrac marşrutlarını müzakirə edib

Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.

 Qazaxıstan hazırda əlavə neft ixrac marşrutlarının hazırlanması üzərində işləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu məsələ Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə “KazMunayQaz” milli neft şirkətinin idarə heyətinin sədri Asxat Xasenov arasında keçirilən görüşdə müzakirə olunub.

“Əlavə marşrutların işlənməsi üzrə işlər aparılır: 2025-ci ilin ilk 7 ayında Azərbaycana (Bakı-Tbilisi-Ceyhan neft kəməri üzrə) 0,9 milyon ton, Almaniyaya 1,1 milyon ton, Macarıstana isə 85 min ton həcmində Qazaxıstan neftinin ilk partiyası çatdırılıb”, - məlumatda deyilir.

Xasenov bildirib ki, “KazMunayQaz” aktiv şəkildə geoloji-kəşfiyyat işləri aparır: “Bu il mövcud yataqların əlavə kəşfiyyatı çərçivəsində 7 quyunun qazılması planlaşdırılır, onlardan üçü faktiki olaraq qazılıb”.

Onun sözlərinə görə, hesabat dövründə Qazaxıstanın neft və kondensat hasilatının həcmi 2024-cü ilin analoji dövrünün göstəricisini 9 % üstələyərək 15,3 milyon ton təşkil edib. “Təbii və səmt qazının hasilatının həcmi isə 6,7 milyard kubmetrə çatıb ki, bu da ötən ilin göstəricilərindən 19 % çoxdur. 2025-ci ilin ilk 7 ayında yerli neft emalı zavodları 10,4 milyon ton neft emal edib”, - “KazMunayQaz” rəhbəri söyləyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
21
21
bakivaxti.az

10Источники