AZ

Fransa Azərbaycandan 81,7 min tonnefti alıb

Fransa iyulda  Azərbaycandan  41,3 milyon ABŞ dolları dəyərində  81,7 min ton neft alıb. Bu barədə Azərbaycan Gömrük Komitəsi məlumat verib. 

2024-cü ildə Fransa Azərbaycandan ümumilikdə 152,57 min ton neft alaraq buna 88,2 milyon dollar xərcləyib.

Bu alış Ruminiyanın iyulda Azərbaycan neftindən imtina etməsi fonunda baş verib.

Rəsmilərin bildirdiyinə görə,  iyulun 18-21-də Türkiyənin Ceyhan terminalında saxlanılan neft partiyalarında xlororganik çirklənmə aşkarlanıb. Bu partiyalar İtaliyanın Eni və Avstriyanın OMV şirkətləri tərəfindən yoxlanılıb.

Ruminiyanın əksinə olaraq, İtaliya Azərbaycan neftinin əsas alıcısı olaraq alışları davam etdirib və iyulda 1,61 milyon ton neft idxal edib.

Bu ilin 7 ayında İtaliya ümumilikdə 8,431 milyon ton (4,424 milyard dollar) neft alıb.

Yanvar–iyulda Azərbaycan ümumilikdə 19 ölkəyə 14,47 milyon ton neft ixrac edərək 7,66 milyard dollar gəlir əldə edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,7 milyon ton, 9,24 milyard dollar daha azdır.

Azərbaycan neftinin əsas alıcıları Çexiya (1,03 milyon ton), Xorvatiya (0,83 milyon), Portuqaliya (0,71 milyon), Almaniya (0,66 milyon) və Böyük Britaniyadır (0,46 milyon).

N.Təbrizli

Seçilən
12
27
anews.az

10Mənbələr