Bu ilin yanvar-iyul aylarında Azərbaycan İtaliyaya 4 424 208.27 min ABŞ dolları dəyərində 8 431 427.82 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında yenə də birinci yerdə qərarlaşıb.
Bakues.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadənxəbər verir ki, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 547 091.18 min dollar dəyərində 1 027 599.56 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Xorvatiya tutur. 2025-ci ilin yanvar-iyul aylarında bu ölkəyə 450 838.01 min dollar dəyərində 827 707.93 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilər hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatları əhatə edir.
Siyahıdan göründüyü kimi, hesabat dövründə 19 ölkəyə ümumilikdə 7 660 230.09 min dollar dəyərində 14 470 571.55 ton neft ixrac edilib.Azərbaycanın hesabat dövründə neft ixrac etdiyi ölkələrin siyahısını (statistik dəyərinə görə) təqdim edirik:
Ölkələr
Miqdar (ton)
Statistik dəyər
№
Cəmi
14 470 571.55
7 660 230.09
1.
İtaliya
8 431 427.82
4 424 208.27
2.
Çexiya
1 027 599.56
547 091.18
3.
Xorvatiya
827 707.93
450 838.01
4.
Portuqaliya
714 269.12
385 076.01
5.
Rumıniya
685 972.26
378 039.37
6.
Almaniya
661 678.87
356 684.67
7.
Böyük Britaniya
459 741.47
212 815.03
8.
İrlandiya
331 558.01
174 262.24
9.
Yunanıstan
232 396.39
128 990.34
10.
Niderland
223 330.70
126 482.41
11.
Tailand
137 785.75
75 910.84
12.
İndoneziya
130 925.36
72 131.22
13.
Tunis
125 674.35
67 934.47
14.
İsveçrə
89 696.92
53 857.85
15.
Danimarka
88 157.38
49 689.27
16.
Bolqarıstan
79 260.85
48 231.11
17.
Avstriya
90 177.31
42 664.79
18
19.
Fransa
Türkiyə
81 701.93
51 509.56
41 316.86
24 006.16