Salyanda ağır yol-nəqliyyat hadisəsi olub.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Salyan rayon sakini Azər Cabbarovun idarə etdiyi “Mersedes” markalı minik avtomobil həmyerlisi Şahlar Rzayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.
Qəzada “VAZ-2107”də olan sərnişin Salyanın Şəkərli kənd sakini 1955-ci il təvəllüdlü Qəribxan Qəfərov hadisə yerində ölüb.
Qəzada xəsarət alanlar – Şahlar Rzayev, avtomobillərdə olan iki sərnişin müxtəlif dərəcəli xəsarətlərlə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Onların vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilib, ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.