AZ

Bölgələrdə piyadaların vurulması ilə qəzalar baş veribVİDEO

Tovuzda piyadaların  ölümü ilə nəticələnən  yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Kənd sakini Ramal Mürşüdov idarə etdiyi  avtomobillə  yolu keçmək istəyən  75 yaşli  Çeşməli kənd sakini Solmaz Əmraslanovanı vurub. Piyada  aldığı ağır xəsarətlərdən elə hadisə yerində ölüb. 

Digər ağır yol nəqliyyat hadisəsi isə rayonun Aşagi Öysüzlü kəndində qeydə alınıb. Mikroavtobus yolu qarşı tərəfə keçmək istəyən 50 yaşli  Yuxarı Öysuzlu kənd sakini Elburus  Qarayevi vurub. Piyada dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərinin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Sumqayıt şəhərində  də piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Qəzada dünyasını dəyişən kişi Sumqayıt şəhər sakini, Fikrət Sadıqovdur. Onun meyiti  aidiyyatı üzrə təhvil verilib. Sürücü isə məsuliyyətə cəlb olunub.

Xaçmazda isə  minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. sürücü  elvin əlimərdanov ağır xəsarət alıb. xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 26 yaşlı sürücü  xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. amma xəsarətlari ağır olan 26 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb. o, xəstəxanada dünyasını dəyişib. Fakt araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
51
50
xezerxeber.az

10Mənbələr