RU

Politoloq: Moskva anlayır ki, Avropanı nəzarətdə saxlamağın əsas yollarından biri enerji üstünlüyüdür

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Rusiyanın SOCAR bazalarına yenidən zərbələr endirməsi göstərir ki, əvvəlki hücumlar təsadüfi xarakter daşımayıb və yalnız Ukraynanın hərbi potensialına yönəlmiş addım kimi qəbul edilməməlidir. Bu, tamamilə mülki hədəflərə qarşı məqsədli və planlı şəkildə həyata keçirilən təxribatdır. Deməli, əvvəlki hücumlar da Rusiyanın məqsədli siyasətinin tərkib hissəsi imiş".Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Həşim Səhrablı deyib."Xüsusilə diqqət çəkmək lazımdır ki, bu təxribatlar yalnız Ukraynaya deyil, həm də Azərbaycana qarşı hesablanmış addımlardır. Bu səbəbdən Azərbaycan tərəfi həm xarici siyasətdə, həm də enerji sahəsində müstəqil addımlarını qorumaq üçün adekvat cavablar verməlidir. Rusiyaya göstərilməlidir ki, artıq onun dilində danışmaq imkanlarımız var".O bildirib ki, bu o demək deyil ki, Azərbaycan Rusiya ilə hərbi qarşıdurmaya girməlidir:"Ancaq müstəqil dövlət olaraq, ölkəmiz Rusiyanın təxribatlarına qarşı öz gücünü nümayiş etdirməli və aydın mesaj verməlidir: Azərbaycana qarşı bu cür addımlar dayandırılmalıdır. Rusiyanın məqsədi Azərbaycanın müstəqil enerji layihələrini zəiflətməkdir. Çünki Moskva anlayır ki, Avropanı nəzarətdə saxlamağın əsas yollarından biri enerji üstünlüyüdür. Azərbaycan isə bu sahədə alternativ formalaşdıraraq Rusiyanın xarici siyasətində ciddi təhdidə çevrilib.Bu, açıq reallıqdır. Azərbaycan neytral mövqeyini qorusa da, Rusiya yalnız öz maraqlarını önə çəkir və digər dövlətlərin hüquqlarını nəzərə almır. Buna görə də Azərbaycan enerji infrastrukturları hədəfə çevrilir və ölkəmizə geosiyasi müstəvidə təzyiq göstərilməyə çalışılır".Politoloqun sözlərinə görə, hazırkı vəziyyətdə Rusiya Azərbaycana həm də gözdağı vermək niyyətindədir:"Çünki Azərbaycan Cənubi Qafqazda Rusiyanın təsir dairəsindən çıxma prosesində əsas faktor rolunu oynayır. Bakı anlayır ki, bölgədə sülh və inkişafın yeganə yolu Moskvanın pozucu siyasətinə son qoyulmasıdır. Məhz buna görə də Rusiya Azərbaycana mesaj verməyə çalışır ki, onun maraqlarına zidd addımlar atılmasın.Amma bu cəhdlər nəticəsiz qalacaq. Azərbaycan artıq qlobal siyasətdə özünəməxsus xətt tutub və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başlayıb. Beynəlxalq tərəfdaşlıqlar, regional əməkdaşlıq və enerji layihələri ölkəmizə alternativ imkanlar təqdim edir. Zamanla Rusiyanın bu təxribatlarının da uğursuzluğa düçar olacağı şübhəsizdir".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
26
demokrat.az

10Источники