"ATƏT PA Prezidenti Pere Joan Pons və Komitə Sədri kimi mən bu gün yaydığımız birgə Bəyanatda RusiyanınSOCARA-a olan hücumunu qəti şəkildə pislədik".
Bu barədə AzNews.az-a deputat Azay Quliyev açıqlama verib.
Bu gün Kopenhagendə verilən ATƏT PA Prezidenti Pere Joan Pons və Komitə Sədri Azay Quliyevin birgə Bəyanatı belədir:
"ATƏT PA-nınPrezidenti Pere Joan Pons və ATƏT PA-nın İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Baş Komitəsinin Sədri Azay Quliyev Rusiya Federasiyasının Ukraynanın həyati əhəmiyyətli enerji infrastrukturuna, o cümlədən Odessa şəhərində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) obyektlərinə davamlı hücumlarını qəti şəkildə pisləyirlər.
Bəyanatda xatırladılır ki, ATƏT PA-nın 2025-ci ildə Portoda keçirilmiş İllik Sessiyasında qəbul edilən Qətnamədə Ukraynanın enerji və mülki infrastrukturunun genişmiqyaslı dağıdılması pislənilmiş və enerjiyə maneəsiz çıxışın sabitlik və rifah üçün əsas şərt olduğu bir daha təsdiqlənmişdir.