AZ

Rasim Musabəyovun ritorikası Azərbaycanın maraqlarına uyğun deyil və ölkəmizi müxtəlif təxribatlara açıq vəziyyətə sala bilər ASLAN İSMAYILOV

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Rusiya Azərbaycanın etirazlarına baxmayaraq, SOCAR-ın Ukraynadakı obyektlərinə yenidən, daha böyük miqyasda İran dronları ilə hava zərbələri endirib.

Hadisəyə münasibət bildirən Milli Məclisin üzvü Rasim Musabəyov mediaya açıqlamasında deyib ki, artıq bununla bağlı əlavə bəyanata ehtiyac yoxdur. Hesab edirəm ki, Ukraynaya silah satışına qoyulmuş embarqo aradan qaldırılmalıdır.

Tanınmış ictimai xadim Aslan İsmayılov isə  Gununsesi.info-ya açıqlamasında deyub ki, Musabəyovun bəyanatları bəzi hallarda Rusiyaya hədə-qorxu kimi qiymətləndirilir:

”Halbuki, belə ritorika Azərbaycanın maraqlarına uyğun deyil və ölkəmizi müxtəlif təxribatlara açıq vəziyyətə sala bilər. Mən konspirologiyalardan uzağam, amma dəqiq bilirəm ki, bu cür bəyanatlar Rusiyada bizə qarşı olan qüvvələrin əlinə birbaşa fürsət verir. Onlar belə çıxışları təbliğat vasitəsinə çevirərək Azərbaycanı Rusiyaya düşmən kimi təqdim etməyə çalışacaqlar. Biz bunu 90-ların əvvəllərində artıq yaşamışıq. Xüsusən də Tramp və Putinin Alyaska görüşündən sonra bölgədə yeni siyasi balans yarana bilər və bu şəraitdə biz maksimum ehtiyatlı davranmalıyıq.

Unutmaq olmaz ki, R.Musabəyov sadəcə ictimai xadim və ya jurnalist deyil, dövlətin qanunverici qolunun (IV, V, VI və VII çağırış) üzvüdür. SSRİ Mərkəzi İcraiyyə Komitəsi ZSFSR-dən sədri Qəzənfər Musabəyovun nəvəsinin müstəqil Azərbaycanın parlamentinə necə düşməsi də sirr deyil. Lakin, Rusiya propaqanda maşını onun söylədiklərini şəxsi fikir kimi deyil, hakimiyyətin mövqeyi kimi təqdim edəcək. Bu isə həm daxildə, həm də beynəlxalq müstəvidə Azərbaycan üçün əlavə problemlər yarada bilər.

Bu gün dünyanın ən güclü dövlətləri belə Ukraynaya silah satmaqda tərəddüd edirlər. Belə bir məqamda həmsərhəd olan Azərbaycanın bu addımı atması üçün bütün risklər gözə alınmalıdır. Ümid edirəm ki, 30 il Qarabağ münaqişəsinin həllinə doğru səbrlə addımlayan, bütün provokasiyalara baxmayaraq uyğun məqamını gözləyən Azərbaycanın ali rəhbərliyi bu çətin durumda da Vətənimizin təhlükəsizliyi üçün bütün riskləri gözə alıb addımlar atacaq. Bunun üçün isə R.Musabəyov kimilərin bu cür provokativ açıqlamalarına ehtiyac yoxdur. Bu məqamda Rusiyanın Azərbaycanda mövcud olan 5-ci kolonu aktiv fəaliyyətə keçəcək və cəmiyyət olaraq istənilən təxribatlardan uzaq olmalıyıq”.

Günay

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
50
icma.az

10Mənbələr