Bakı,18 avqust, AZƏRTAC
Sabah meydanda öz oyunumuzu göstərməyə çalışacağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Macarıstanın “Ferensvaroş” komandasının futbolçusu Qabi Kaniçovski UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Yarımmüdafiəçi Ağdam klubu ilə matçın onlar üçün vacib olduğunu bildirib: “Qarabağ”la keçiriləcək oyun hər kəsi çox həyəcanlandırır. “Ferensvaroş” daha əvvəl də Azərbaycan təmsilçisi ilə qarşılaşıb. Artıq hər iki kollektivin heyəti dəyişib”.
Qeyd edək ki, "Qarabağ" “Ferensvaroş”a qarşı ilk oyununu avqustun 19-da səfərdə, cavab matçını 27-də evdə keçirəcək.