AZ

"Ümid edirəm ki, Bakıya uğurlu nəticə ilə qayıdarıq" - Abdullah Zubir

"Qarabağ" UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah Macarıstanda "Ferentsvaroş"un qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionunun kapitanı Abdullah Zubir oyundan öncə keçirilən mətbuat konfransında bunları qeyd edib:

"Burada olmaq xoşdur. "Ferentsvaroş" çox əzmkar, iddialı komandadır. Artıq bu rəqibi tanıyırıq. Onlara qarşı oynamışıq. Həftə ərzində onlara qarşı yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, Bakıya uğurlu nəticə ilə qayıdarıq".

Seçilən
37
50
sportinfo.az

10Mənbələr