AZ

Macarıstan klubunun futbolçusu: “Qarabağ”la keçiriləcək oyun hər kəsi çox həyəcanlandırır

Bakı,18 avqust, AZƏRTAC

Sabah meydanda öz oyunumuzu göstərməyə çalışacağıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Macarıstanın “Ferensvaroş” komandasının futbolçusu Qabi Kaniçovski UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Yarımmüdafiəçi Ağdam klubu ilə matçın onlar üçün vacib olduğunu bildirib: “Qarabağ”la keçiriləcək oyun hər kəsi çox həyəcanlandırır. “Ferensvaroş” daha əvvəl də Azərbaycan təmsilçisi ilə qarşılaşıb. Artıq hər iki kollektivin heyəti dəyişib”.

Qeyd edək ki, "Qarabağ" “Ferensvaroş”a qarşı ilk oyununu avqustun 19-da səfərdə, cavab matçını 27-də evdə keçirəcək.

Seçilən
9
50
azertag.az

10Mənbələr