Son illərdə getdikcə populyarlaşan yoqa həm fiziki, həm də zehni sağlamlıq üçün çoxsaylı faydalar təqdim edir.
Pravda.az yoqa ilə məşğul olmağın 8 əsas üstünlüyünü təqdim edir:
Nəfəsə nəzarəti artırır – Dərin və kontrollu nəfəs alma sayəsində ağciyər funksiyaları güclənir, astma kimi problemlərin təsiri azalır.
Bədəni möhkəmləndirir – Müxtəlif poza və hərəkətlər əzələləri gücləndirir, skelet sistemini dəstəkləyir və duruş pozğunluğundan qaynaqlanan ağrıları azaldır.
Ruh sağlamlığını dəstəkləyir – Zehni sakitləşdirərək stres, depresiya və təşviş pozuntularına qarşı təsirli qoruma təmin edir.
Ürək sağlamlığını qoruyur – Qan təzyiqini tənzimləyir, pis xolesterolu azaldır və ürək-damar xəstəlikləri riskini aşağı salır.
Arıqlamağa kömək edir – Bədən fərqindəliyini artıraraq qidalanma və həyat tərzinə daha diqqətli yanaşmanı təşviq edir.
Yuxu keyfiyyətini yaxşılaşdırır – Stresi azaldaraq daha dərin və rahat yuxuya səbəb olur.
İmmuniteti gücləndirir – Hüceyrə sağlamlığını dəstəkləyir, bədənin müdafiə mexanizmini gücləndirir.
Həzm sistemini yaxşılaşdırır – Bağırsaq funksiyalarını aktivləşdirərək qəbizlik və həssas bağırsaq sindromu kimi problemlərin qarşısını alır.
Yoqa, bədəni və zehni bir arada balansda saxlayaraq ümumi sağlamlıq üçün təsirli və təbii bir yoldur.
Əminə Bayramova