AZ

Gündə 60 qram badam sağlamlığı qoruyur

Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Son elmi araşdırmalar göstərir ki, gündə 60 qram badam qəbul etmək orqanizmdə oksidləşmə stresini əhəmiyyətli dərəcədə azaldır və hüceyrələri, o cümlədən DNT-ni zədələnmədən qoruyur. Bu isə ürək-damar xəstəlikləri, diabet, xərçəng və neyrodegenerativ pozğunluqların qarşısının alınmasında mühüm rol oynaya bilər. Məlumat “Nature” jurnalında dərc olunub.

Mütəxəssislər bildirirlər ki, badam E vitamini, polifenollar və mono doymamış yağlarla zəngindir. Bu maddələr orqanizmdə sərbəst radikalları neytrallaşdıraraq hüceyrə səviyyəsində müdafiəni gücləndirir. Badamın müntəzəm istifadəsi MDA və 8-OHdG kimi hüceyrə zədələnməsini göstərən markerlərin azalmasına səbəb olur.

Bununla yanaşı, alimlər xəbərdarlıq edirlər ki, badamın təsiri qəbul edilən miqdardan və hazırlanma üsulundan asılıdır. Xüsusilə, qovurma prosesi polifenol miqdarını təxminən 26% azaldır, bu da xammal məhsulla müqayisədə antioksidant təsiri zəiflədir.

Araşdırmaya görə, optimal fayda üçün gündəlik təxminən 60 qram — yəni iki iri ovuc badam qəbul etmək kifayətdir.

Həkimlər hesab edirlər ki, badamın gündəlik rasiona daxil edilməsi sağlamlığı qorumağın və xroniki xəstəliklərin qarşısını almanın sadə və əlçatan yollarından biridir.

S.ELAY

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
9
xalqqazeti.az

10Mənbələr