RU

“Rusiya Azərbaycana zərər vurmaq üçün Odessadakı SOCAR ın neft obyektlərinə hücum edir”

Missiya.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Rusiya Azərbaycana zərər vurmaq üçün Odessa vilayətində SOCAR-ın neft obyektlərinə ikinci dəfə hücum edib və belə hərəkətlər beynəlxalq cavab tələb edir”.

Missiya.Az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa özünün sosial şəbəkə hesabında yazıb.

"Bu gecə ruslar Odessa vilayətindəki SOCAR-ın neft terminallarına zərbələr endiriblər. Bu, Rusiyanın Azərbaycanın dövlət şirkətinə ikinci hücumudur və Moskva bunu bilərəkdən edir ", - deyə siyasətçi vurğulayıb.

Sibiqa qeyd edib ki, bu, bir daha Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın yeni səviyyəsinin vacibliyini, eləcə də bu cür hücumlara müvafiq diplomatik və hüquqi cavab verilməsinin zəruriliyini nümayiş etdirir.

Daşqın HəsənovMissiya.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
45
50
missiya.az

10Источники