RU

Yaşar Sultanov: Bunu təsadüf hesab edirəm

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İlkin təəssüratım belədir ki, komanda hələ tam formalaşmayıb. Xəttlər arası əlaqə tam yerində deyil, amma qələbə qazanmaq üçün futbolçularda istəyin yüksək olduğunu gördüm".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un İdarə Heyətinin üzvü Yaşar Sultanov deyib.

Futbol funksioneri komandanın heyətində az sayda yerli futbolçunun olmasından məyusluğunu gizlətməyib: "Oyundan sonra futbolçularla bu haqda söhbət etdik. Güman edirəm gələcək oyunlarda hər şey yaxşı olacaq. Heyətdə çox az sayda yerli futbolçu var ki, bu da məni məyus edir. Hər-halda olanların da əksəriyyəti gənclərdir. Bunu müsbət məqam kimi qeyd etmək olar. Bu mövsüm çempionatda rəqabət daha gergin olacaq. Qələbə topunu son dəqiqələrdə vurmaq? Bu, problem deyil. Dünya futbolunda qolların 30 faizi son anlarda vurulur. Bunu təsadüf hesab edirəm. Təbii ki, həmişə belə olmalı deyil. Ehtiram müəllim komandanın qarşısına yüksək hədəf qoyubsa, biz yalnız dəstək verib, alqışlaya bilərik. Bir neçə turdan sonra bütün komandaların vəziyyəti tam aydın olacaq. Bundan sonra hədəflər haqda danışmaq olar".

Qeyd edək ki, "Turan Tovuz" Misli Premyer Liqasının ilk turunda "İmişli"ni məğlub edib - 1:0

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
42
icma.az

10Источники