AZ

Robbin Kin: "Güclü komanda ilə qarşılaşacağımızı bilirik"

UEFA Çempionlar Liqası pley-off mərhələsində "Ferentsvaroş" "Qarabağ"ı qəbul edəcək.

Apasport.az xəbər verir ki, matçdan öncə meydan sahibləri baş məşqçisi Robbi Kinin mətbuat konfransı keçirilib.

"İki komanda eyni gücdədir. Bacardığımız və istədiyimiz kimi oynasaq, rəqibə ciddi problemlər yarada bilərik. Təhlükəli və qol vura bilən futbolçularımız var. Rəqib çox yaxşı komandadır. Güclü komanda ilə qarşılaşacağımızı bilirik. Onların da şansları olacaq. Biz bəzən çox konsentrasiyalı olmalıyıq. Azarkeşlərimizdən xahiş edirəm ki, "Ludoqorets"lə qarşılaşmada hiss etdiyimiz enerjini stadiona gətirsinlər. Matçın açarı bu iki görüşdə qol buraxmamaq olacaq". 

Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab oyunu isə ayın 27-də Bakıda baş tutacaq.

PSJ-dən minimalhesablı qalibiyyət

“Beşiktaş”dan son dəqiqə qələbəsi

“Arsenal” səfərdən 3 xalla qayıdır

“Çelsi”dən xal itkisi, “Nottingem”dən qələbə

"Ferentsvaroş" - "Qarabağ" matçının hakimləri müəyyənləşib

Seçilən
7
50
apasport.az

10Mənbələr