AZ

"Çelsi" ilk matçda xal itirdi

İngiltərə Premyer Liqasının 1-ci turunda "Çelsi" "Kristal Pelas"ı qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, Stemford Bricdəki (London, İngiltərə) paytaxt derbisi qolsuz bərabərliklə yekunlaşıb - 0:0.

13-cü dəqiqədə qonaqların yarımmüdafiəçisi Ebereçi Eze qol vursa da, VAR müdaxiləsindən sonra qol ləğv edilib.

İngiltərə çempionatının 2-ci turunda "Çelsi" səfərdə "Vest Hem"lə qarşılaşacaq. Oyun avqustun 22-i cümə günü baş tutacaq. "Kristal Pelas" isə avqustun 24-ü bazar günü "Nottingem Forest"i qəbul edəcək.

Seçilən
13
4
bakivaxti.az

10Mənbələr