RU

Tramp Zelenski: indiyədək neçə dəfə görüşüblər...

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşəcək. Danışıqlar iki mərhələdə keçiriləcək: əvvəlcə qapalı formatda iki lider arasında, daha sonra isə Avropa liderlərinin iştirakı ilə geniş formatda müzakirələr aparılacaq.

Görüşün gündəliyində Rusiya-Ukrayna müharibəsinin gələcəyi, təhlükəsizlik zəmanətləri və atəşkəs var. Tramp son açıqlamalarında atəşkəs deyil, məhz sülh müqaviləsi istədiyini bildirib. Bu isə Moskvanın torpaq tələblərinin yenidən gündəmə gətirilə biləcəyi barədə narahatlıqları gücləndirib.

Zelenski isə Avropa liderlərinin dəstəyi ilə Ukraynanın suverenliyini qorumaq mövqeyini nümayiş etdirmək niyyətindədir.

Modern.az-ın məlumatına görə, Trampla Zelenski indiyədək bir neçə dəfə görüşüblər.

Onların ilk görüşü 2019-cu ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasının kuluarlarında baş tutub.

2024-cü ilin sentyabrında isə Zelenski "Tramp Tower"də prezidentliyə namizəd olan Trampla görüşüb. Həmin vaxt Tramp əgər ikinci dəfə seçilməsə, “müharibənin heç vaxt bitməyəcəyini” bildirmişdi. Eyni ilin dekabrında Parisdə Notr-Dam kilsəsinin açılışında iki liderin qısa görüşü baş tutub.

2025-ci ilin fevralında Ağ Evdə keçirilən müzakirələr isə qalmaqalla yadda qalıb. Tramp və vitse-prezident Cey Di Vens Zelenskiyə sərt tənqidlər yönəldib, görüş gərgin ab-havada nəticəsiz başa çatıb. Apreldə Roma Papası Fransiskin dəfn mərasimində, iyunda isə Haaqa NATO sammitində onların yenidən qısa dialoqu olub.

İndi isə bütün bu görüşlərdən sonra Ağ Evdə keçiriləcək danışıqlar həm ABŞ-Ukrayna münasibətlərinin, həm də Avropa təhlükəsizlik arxitekturasının gələcəyi baxımından həlledici hesab olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
43
50
modern.az

10Источники