AZ

BMT baş katibi Trampın Zelenski və Avropa liderləri ilə görüşünü izləyir

BMT-nin baş katibi Antoniu Quterreş ABŞ Prezidenti Donald Tramp, Ukrayna lideri Volodimir Zelenski və bir sıra Avropa ölkəsinin liderləri arasında Ağ Evdə planlaşdırılan görüşü diqqətlə izləyir.

Bakues.az-ın məlumatına görə, bunu BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə deyib.

“BMT-nin baş katibi açıq-aydın Vaşinqtonda aparılan müzakirələri çox diqqətlə izləyir”, – o, məsələ ilə bağlı suala cavabında deyib.

Qeyd edək ki, Tramp və Zelenski Vaşinqtonda görüşür. Görüşə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts və İtaliyanın Baş naziri Ciorcia Meloni də qoşulacaq. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də görüşdə iştirak etmək planlarını açıqlayıb.

Vaşinqtonda keçiriləcək görüş digər məsələlərlə yanaşı, Ukrayna üçün mümkün təhlükəsizlik təminatlarının müzakirəsinə həsr olunacaq.

Seçilən
81
50
icma.az

10Mənbələr