Bakı. Trend:
Ukraynanın xarici işlər naziri Andriy Sıbıqa Rusiyanın pilotsuztəyyarələrinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Odessadakıneft bazasına endirilməsinə münasibət bildirib.
"Bu gecə ruslar Odessa vilayətində SOCAR-ın neft terminallarınahücum ediblər. Bu, son həftələrdə Rusiyanın Azərbaycan dövlətşirkətinə ikinci zərbəsidir.
Moskva bunu bilərəkdən edir, Azərbaycanın maraqlarına ziddhərəkət edir.
Bu, bir daha Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın yenisəviyyəsinin vacibliyini, eləcə də bu cür hücumlara müvafiqdiplomatik və hüquqi cavab verilməsinin vacibliyini nümayişetdirir", - nazir "X" sosial şəbəkə səhifəsində yazıb.
Qeyd edək ki, 2025-ci il avqustun 18-nə keçən gecə Odessavilayətində SOCAR-ın neft bazası Rusiyanın “Shahed” pilotsuztəyyarələrinin kütləvi hücumuna məruz qalıb.
Trend-in məlumatına görə, hücum bir sıra birbaşa zərbələr vəyanğınla nəticələnib. Su anbarlarına, nasos stansiyasının binasına,operator və texniki otaqlara, həmçinin əsas hasara ziyan dəyib.
Neft anbarlarının ümumi həcmi 16 min kubmetrdən çoxdur. Hazırdadəymiş ziyanın miqyasının müəyyən edilməsi üçün ekspertizanınqiymətləndirilməsi, habelə təcili bərpa işləri aparılır.
Bu, artıq obyektə ikinci irimiqyaslı hücumdur. Bundan əvvəl,avqustun 8-də həmin neft bazasında qismən dağıntılara səbəb olanona yaxın dron buraxılıb.
Faktla bağlı cinayət işi açılıb.