RU

Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr bəlli oldu - TOP 5

BAKI, 18 avqust. TELEQRAF

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 7 milyard 660 milyon 230.09 min ABŞ dollar dəyərində 14 milyon 470 min 571.55 ton xam neft və xam neft məhsulları ixrac edib.

Dövlət Gömrük Komitəsindən Teleqraf-a verilən məlumata görə, ən çox xam neft ixrac edilən ölkələr sırasında ilk yeri İtaliya tutub. Bu ölkəyə 4 milyard 424 milyon 208.27 min dollar dəyərində 8 milyon 431 min 427.82 ton neft ixrac edilib.

İkinci yerdə Çexiya qərarlaşıb. Bu ölkəyə 1 milyon 27 min 599.56 ton məhsul ixrac edilib və ixracın ümumi dəyəri 547 milyon 91.18 min dollar olub. Üçüncü yeri isə Xorvatiya tutur. Bu ölkəyə ixrac edilən 827 min 707.93 ton xam neftin statistik dəyəri 450 milyon 838.01 min dollar təşkil edib.

Bundan əlavə, Portuqaliyaya 714 min 269.12 ton (385 milyon 76.01 min dollar), Ruminıyaya isə 685 min 972.26 ton (378 milyon 39.37 min dollar) həcmində xam neft ixrac olunub.

Избранный
31
50
teleqraf.com

10Источники