RU

Çindən Ukrayna müharibəsinin uzanması üçün SENSASİON ADDIM – Gizli plan İFŞA OLDU

“ABŞ və Rusiya liderlərinin Alyaskadakı görüşü Moskva üçün “simvolik qələbə” kimi dəyərləndirilir, Pekin isə bu görüşün nəticələrinə ehtiyatla yanaşır”.

Turkustan.az
xəbər verir ki, bu barədə Çinin nüfuzlu “South China Morning Post” nəşri yazıb.

Məqalədə vurğulanır ki, Çin həm Rusiya, həm də ABŞ-la münasibətlərdə strateji dilemmanın içərisindədir.

Pekin üçün ABŞ və Rusiyanın münaqişə və ya uzunmüddətli gərginlik vəziyyətində qalması, amma real irəliləyiş əldə etməməsi daha əlverişli sayılır. Pekin Xarici Dillər Universitetinin Avropa İttifaqı Araşdırmaları şöbəsinin rəhbəri Çuy Huntszyan qeyd edib ki, bəzi çinlilər Ukraynada davam edən müharibəni faydalı hesab edirlər, çünki bu vəziyyət həm ABŞ-ın, həm də Rusiyanın mövqelərini zəiflədir.

Bundan əvvəl The Telegraph yazmışdı ki, Çin müharibənin bitməsində maraqlı deyil və prosesə əl altından təsir göstərərək onun uzanmasına şərait yaradır.

Analitiklərin fikrincə, Pekin Ukrayna müharibəsini Moskva və Vaşinqtonu zəiflədən dolayı qarşıdurma kimi görür. ABŞ Ukraynanın müdafiəsini maliyyələşdirdiyi halda, Çin Moskvanın əlini mikroelektronika, optik sistemlər, dron komponentləri və digər ikili təyinatlı texnologiyalarla gücləndirir.

Mütəxəssislər hesab edirlər ki, bu dəstəyin arxasında strateji hesablamalar dayanır: müharibənin uzanması ABŞ-ın silah ehtiyatlarını azaldır və Vaşinqtonun Tayvana qarşı mümkün hərbi müdaxiləyə hazır olma səviyyəsini zəiflədir.

Bu ssenarinin 2027-ci ilə qədər real ola biləcəyi istisna edilmir.

Qeyd edək ki, iyunun əvvəlində The New York Times FSB-nin gizli kəşfiyyat idarəsinə istinadla yazmışdı ki, Kremlin Çini “strateji tərəfdaş” adlandırmasına baxmayaraq, rus kəşfiyyatında çinlilərə “düşmən” kimi yanaşılır./Bizim.Media

Избранный
44
18
turkustan.az

10Источники