Bakı, 18 avqust, AZƏRTAC
İngiltərənin “Tottenhem” komandasında yeni müqavilə imzalanıb.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, London təmsilçisi müdafiəçisi Ced Spenslə müqavilənin müddətini uzadıb. 25 yaşlı ingiltərəli oyunçu 2028-ci ilədək Premyer Liqa komandasında çıxış edəcək. O, ötən mövsümü icarə əsasında İtaliyanın “Cenoa” klubunda keçirib.