RU

Azərbaycanda intizamsızlıq edən hücumçu Vyetnam klubuna icarəyə verildi

«Zirə» Rafael Utziqi icarəyə verib. Braziliyalı hücumçu karyerasını Vyetnamda davam etdirəcək. «Sambaçı» tibbi baxışdan keçmək üçün artıq bu ölkəyə yollanıb.
29 yaşlı legionerin "Zirə" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Vyetnam klubu bu keçidə razılıq verdiyi üçün "qartallar"a ödəmə edəcək.

Utziq daha əvvəl "Sianorte", "Parana" (hər ikisi Braziliya), "Qəbələ" və "Çunqnam Asan"da (Cənubi Koreya) forma geyinib.

SPORTİNFO.AZ

Избранный
14
50
sportinfo.az

10Источники