İngiltərə Premyer Liqasında ilk turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, turun mərkəzi matçında “Arsenal” səfərdə “Mançester Yunayted”in qonağı olub.
Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 13-cü dəqiqədə Rikkardo Kalafiori vurub.