RU

Salyanda QƏZA - ölən və xəsarət alanlar var

Salyanda yol-nəqliyyat hadisəsi olub.

Bakıvaxtı.az xəbər verir ki, avtoqəza rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə Salyanın Şəkərli kənd sakini, 1955-ci il təvəllüdlü Qəribxan Yunus oğlu Qəfərov hadisə yerində ölüb.

Digər iki sərnişin - 1962-ci il təvəllüdlü Şahlar Bolşevik oğlu Rzayev və 1982-ci il təvəllüdlü Sevinc Əlhüseyn qızı Qasımova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Избранный
34
50
bakivaxti.az

10Источники