sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Real"ın əfsanəsi və almaniyalı keçmiş yarımmüdafiəçisi Toni Kroos futbol tarixinin ən yaxşı qapıçısını seçib. O, bununla bağlı "Give me Sport"a açıqlama verib:
"Mən Manuel Noyerdən başqa variantın olduğunu düşünmürəm. Oliver Kanla bir neçə dəfə məşqə çıxmışam. Mənim üçün Noyer bütün zamanların ən yaxşı qapıçısıdır".
Qeyd edək ki, Noyer 2009-2024-cü illərdə Almaniya millisində çıxış edib. O, 124 oyuna çıxıb və qapısında 118 qol görüb. 51 matçda isə qapısının toxunulmazlığını təmin edib. Noyer 2011-ci ildən "Bavariya"nın formasını geyinir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.