"Bavariya" Kristofer Nkunku transferi üzərində işləyir.
Sportal.az xəbər verir ki, "Sky Sport" jurnalisti Florian Plettenberqin məlumatına görə, bu gün Münhen klubunun nümayəndələri ilə “Çelsi” arasında yeni danışıqlar mərhələsi keçirilib.
Futbolçu özü “Bavariya”ya keçmək istəyir və şəxsi müqavilənin şərtləri artıq tam razılaşdırılıb. Transfer yalnız klublar arasında razılıq əldə olunmasına bağlıdır.
Qeyd edək ki, ötən mövsümdə Nkunku Premyer Liqada 27 oyunda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi