RU

HƏMAS girovları Qəzzaya köçürə bilər - ÖZƏL

Olaylar.az xəbər verir ki, "Əş-Şərq əl-Əvsat" qəzetinin fələstinli mənbələrə istinadən yaydığı məlumata görə, HƏMAS və ona bağlı silahlı qruplar israilli girovların Qəzza şəhərinə köçürülməsini müzakirə edirlər. Məqsəd İsrailin şəhəri tam nəzarətə götürmək planının qarşısını almaqdır. Mənbələrin bildirdiyinə görə, fələstinli tərəf ümid edir ki, girovların şəhərdə olması İsrail rəhbərliyini əməliyyatdan imtina etməyə məcbur edəcək. Çünki döyüş əməliyyatları fonunda girovların həyatı ciddi təhlükə altına düşəcək.
Qəzet yazır ki, bu təklif hələ müzakirə mərhələsindədir və son qərar qəbul olunmayıb. Xatırladaq ki, avqustun 8-də İsrailin Baş nazir Netanyahunun Qəzza şəhərinin tam nəzarətə götürülməsi ilə bağlı planını təsdiqləyib. Netanyahu bu addımın məqsədinin "Qəzzanı işğal etmək yox, radikal HƏMAS qüvvələrindən azad etmək" olduğunu açıqlayıb. Avqustun 17-də isə İsrail Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir yaxın günlərdə Qəzza şəhərində əməliyyatlara başlanacağını bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
65
20
olaylar.az

10Источники