AZ

Ukrayna münaqişənin həlli bir həftəyə bəlli olacaq

Azpost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Ukraynadakı münaqişənin həllinin mümkünlüyü bir-iki həftəyə bəlli olacaq“.

AzPost bildirir ki, bu sözləri ABŞ prezidünti  Tramp  Avropa dövlətlərinin başçıları ilə görüşündə bildirib.

Eyni zamanda o qeyd edib ki, nizamlanmanın əldə olunmaması ehtimalı da var.

“Mən optimistəm. Biz Ukraynaya qarşı gələcək təcavüzün qarşısını alacaq razılığa gələ biləcəyik. Bunun baş verəcəyini düşünmürəm. Düşünürəm ki, bu, həddən artıq şişirdilib”, – deyə Tramp bildirib.

Zelenski deyib ki, “həssas ərazi məsələləri” Putinlə üçtərəfli görüşdə müzakirə olunmalıdır, Tramp bunu təşkil etməyə çalışacaq.

Etibarlı təhlükəsizlik zəmanətləri ilə yanaşı, Ukrayna prezidenti israr edir ki, məhbus mübadiləsini müzakirə etmək vacibdir.

Tramp Putin və Zelenskinin iştirakı ilə Ukrayna üzrə üçtərəfli görüşün baş tutacağına əminliyini ifadə edib, yeganə sual onun nə vaxt keçiriləcəyidir.

Almaniya kansleri Merz də söhbətə qoşulub və Trampa növbəti görüşdən əvvəl atəşkəs əldə etmək üçün Rusiyaya təzyiq göstərməyin vacibliyini söyləyib.

“İndi ağır danışıqlar olacaq. Cənab Tramp, Rusiyaya təzyiq etmək lazımdır, növbəti görüşə qədər atəşkəs lazımdır”, – deyə Merz bildirib.

Tramp buna cavab olaraq deyib ki, Putin və Zelenski əvvəlcə danışıb nə baş verdiyini görməlidir.

“Bəli, biz bunu prezidentlə müzakirə edəcəyik və buna necə nail ola biləcəyimizi görəcəyik”, – deyə Tramp cavab verib və ilkin atəşkəs olmadan bir neçə müharibəni dayandırdığını xatırladıb.

Avropa Komissiyasının  prezidenti Ursula von der Leyen NATO-nun 5-ci maddəsinə bənzər Ukrayna üçün təhlükəsizlik təminatlarının verilməsinə çağırıb.

Fransa prezidenti Makron Merzi dəstəkləyib və deyib ki, “biz hamımız üçtərəfli görüşə qədər atəşkəs ideyasını dəstəkləyirik”.

Makron Avropa ilə dördtərəfli görüşdə Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymağı müzakirə etməyi təklif edib.

İtaliyanın baş naziri Meloni deyib ki, üç il ərzində Rusiyanın müharibəni bitirmək istəyini görməyiblər: “Sizin sayənizdə dəyişikliklərin şahidi olmağımız çox mühümdür”.

İclasın açıq hissə bitib. Danışıqlar qapalı formata keçib.

Qapalı görüşdən sonra başqa bəyanatlar və ya mətbuat konfransları gözlənilmir. ABŞ prezidenti Putinə zəng edəcək.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
50
azpost.info

10Mənbələr