Çin hazırda bu metalın çıxarılması üzrə dünya bazarında üstünlük təşkil edir.
QHT.az xəbər verir ki, ABŞ-da nəhəng litium (“ağ qızıl”) yatağı aşkar edildi. ABŞ-ın Arkanzas, Luiziana və Texas ştatlarının qovşağında yerləşən Ark-La-Tex bölgəsində böyük litium yatağı tapılıb. Ekspertlər bunu “oyun qaydalarını dəyişəcək” kəşf adlandırır.
Layihəni Energy Exploration Technologies (EnergyX) şirkəti həyata keçirir. Onların “Project Lonestar” adlanan proqramı ilkin mərhələdə ildə 5 min ton, sonradan isə 25 min ton litium hasil etməyi hədəfləyir.
Şirkətin baş direktoru Tiq Egan bildirib ki, bu layihə ABŞ-ın bərpa olunan enerji materialları üzrə xarici tədarükdən asılılığını azaltmağa kömək edəcək.
Hazırda qlobal litium bazarında əsas söz sahibi Çin olsa da, ABŞ-dakı yeni yataqlar ölkəyə ciddi iqtisadi və geosiyasi üstünlüklər qazandıra bilər.
R.İmanov