AZ

Məsud Pezeşkian ABŞ-a səfər edəcək

İran prezidenti Məsud Pezeşkian sentyabrın 23-də Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının illik sessiyasında iştirak etməyi planlaşdırır.

Oxuməni.az -ın “Ecoiran” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, İran Prezident Administrasiyası rəhbərinin kommunikasiyalar üzrə müavini Mehdi Təbatəbai ABŞ-la Nyu-Yorkda danışıqların aparılmasının mümkünlüyünü bəyan edib.

"Düşünürəm ki, prezidentin BMT-yə səfəri sentyabrın 23-də baş tutacaq. Lakin həm ölkə daxilində, həm də diplomatiyada proseslərin tempi çox yüksəkdir, ona görə də hazırda bu suala dəqiq cavab vermək mümkün deyil,"-o əlavə edib.

Oxuməni.az

Seçilən
6
30
oxumeni.az

10Mənbələr