İsraildə təxminən bir milyon insan Fələstinin Qəzza zolağında davam edən müharibənin dayandırılması və girovların azad olunması tələbi ilə küçələrə çıxıb.
Editor.az xəbər verir ki, bu barədə The Times of Israel nəşri məlumat yayıb.
Ən böyük aksiya bazar günü axşam Təl-Əvivin mərkəzində keçirilib. Burada yarım milyondan çox insan toplaşaraq, hökuməti döyüş əməliyyatlarını dayandırmağa çağırıb. Nəşrin qeyd etdiyinə görə, bu, müharibənin başlanmasından bəri ən genişmiqyaslı etirazlardan biri olub.
Etirazlar həmçinin Yerusəlim, Hayfa, Beer-Şeva və bir sıra digər şəhərlərdə də baş tutub. Aksiya iştirakçıları əsas yolları və magistralları bağlayaraq, müharibənin dərhal dayandırılmasını tələb ediblər.
//Samir Qurbanov, Editor.az