AZ

BMT İsrailin Qəzza zolağına tam nəzarət planını qınayıb

BAKI, TurkicWorld, Nərmin Ağayeva

BMT İsrail hökumətinin Qəzza zolağının tam işğal planını dərhal dayandırmağa çağırır.

TurkicWorld xəbər verir ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk İsrail ordusunun Qəzza zolağına tam nəzarət üçün hazırladığı planın beynəlxalq hüquqa zidd olduğunu və dərhal dayandırılmalı olduğunu bildirib.

Türk qeyd edib ki, bu plan kütləvi məcburi köçkünlüklərə, insan itkisinə və genişmiqyaslı dağıntılara səbəb olacaq.

O, həmçinin Qəzzada müharibənin dərhal bitməsini, humanitar yardımın tam təmin olunmasını və girovların qeyd-şərtsiz azad edilməsini tələb edib. Türk sülhün İsrail və Fələstin xalqı arasında dialoq və qarşılıqlı hörmət yolu ilə mümkün olduğunu vurğulayıb.

Qeyd edək ki, İsrail Təhlükəsizlik Kabineti Qəzza şəhərinin işğalını təsdiqləyib və baş nazir Netanyahu açıqlamasında bütün Qəzzaya nəzarətin hədəfləndiyini bildirib.

Seçilən
34
8
turkic.world

10Mənbələr