“Kəpəz” futbol üzrə Azərbaycan çempionatları (Premyer Liqa) tarixində 60-cı dəfə böyük hesabla məğlubiyyətə üzülüb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümündə ilk böyükhesablı nəticə qeydə alınıb. “Sumqayıt” 1-ci turun matçında “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib.
Bu, Gəncə klubunun Premyer Liqa tarixində 60-cı böyükhesablı məğlubiyyəti olub. Qərblilər bu göstəricidə antirekordçudur. Bu komanda 19 dəfə evdə, 41 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə uduzub.
Qeyd edək ki, Gəncə təmsilçisi ilk belə məğlubiyyəti 1995-ci il sentyabrın 10-da “Qarabağ”la səfər oyununda alıb – 0:3.