Bu gün Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 2025/2026-cı illər mövsümünə start verilib.
Arena.az xəbər verir ki, yeni mövsümün ilk turunun bütün görüşləri eyni günə təsadüf edib.
“Qəbələ-2” doğma meydanda “Kəpəz-2” üzərində darmadağına sevinib. Son çempion “Sabah-2” isə “Turan Tovuz”un əvəzediciləri ilə ev oyunundan məğlubiyyətlə ayrılıb. “Qarabağ” və “Neftçi”nin əvəzediciləri də mövsümə qələbə ilə başlayıblar.
Əvəzedicilər Liqası
1-ci tur
18 avqust
“Qəbələ-2” – “Kəpəz-2” 4:0
Qollar: Ziya Şəkərxanov, 9. Elşad Tağıyev, 22. Rəvan Əsədov, 81; 89.
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Teymur Teymurov, Əkbər Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 17:00.
“Şamaxı-2” – “Qarabağ-2” 0:2
Qollar: Səbuhi Niftiyev, 16. Əşrəf Ələkbərli, 43.
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Tərlan Talıbzadə, İslam Məmmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı şəhər stadionu, 17:00.
“Sumqayıt-2” – “Araz-Naxçıvan-2” 3:0
Qollar: Nadir Orucov, 58. Əjdər Hacılı, 74. Nihad Orucəli, 82-pen.
Hakimlər: Cavid Cəlilov, Asiman Əzizli, Vüsal Məmmədov, Kamran Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Neftçi Arena” (ehtiyat meydança), 17:00.
“Zirə-2” – “Neftçi-2” 0:1
Qol: Mirşahbaz Şahbazov, 80.
Hakimlər: Əli Əliyev, Şirmamed Mamedov, Rahil Ramazanov, Vüqar Həsənli.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu, 17:00.
“Sabah-2” – “Turan Tovuz-2” 2:3
Qollar: Nihat Cabbarov, 57. Emil Əmirov, 77 – Murad Dadaşev, 10. Vüqar Bağırov, 46. İsmayıl İsmayılov, 90+5.
Hakimlər: Elvin Bayramov, Eyyub İbrahimov, Namiq Hüseynov, Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“Bayıl Arena”, 19:30.