RU

Premyer Liqa: Əcnəbi mütəxəssislərin sayı 67-yə çatdı

Azərbaycan çempionatında (Premyer Liqa) meydana baş məşqçi və ya əvəzi kimi komanda çıxaran əcnəbi mütəxəssislərin sayı 67-yə çatıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Bu, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 1-ci turunda reallaşıb. Tur iki legioner baş məşqçinin debütü ilə əlamətdar olub.

Portuqaliyalı Xorxe Kasqilya “İmişli”nin, serbiyalı Saşa İliç “Sumqayıt”ın “sükanı arxasında” ilk çempionat matçına çıxıb.

Portuqaliyalının yetirmələri evdə “Turan Tovuz”a 0:1 hesabı ilə uduzubsa, serbiyalı komandası ilə “Kəpəz” üzərində qələbəyə sevinib – 3:0.

Bununla da Premyer Liqa (əvvəllər güclülər dəstəsi) tarixində meydana baş məşqçi və ya əvəzi kimi komanda çıxaran əcnəbi mütəxəssislərin sayı 67-yə çatıb. Kasqilya ilk portuqaliyalı olubsa, İliç 5-ci serbiyalıdır. O, həm də “Sumqayıt”da 3-cü legioner çalışdırıcıdır.

Xatırladaq ki, Kasqilya “İmişli”nin Premyer Liqada ilk baş məşqçisidir.

Избранный
35
37
arena.az

10Источники