Almaniyada futbol üzrə öikə kubokunun 1/32 final mərhələsinin oyunları keçirilir.
Milli komandamızın üzvü Mahir Əmrəlinin çıxış etdiyi “Kayzerslautern” klubu səfərdə “PCV Ayntraxt”ı məğlub edərək (7:0) yarışın növbəti mərhələsinə yüksəlib.
Mahir Əmrəli bütün 90 dəqiqə meydançada olub və 15-ci dəqiqədə komandasının 2-ci qolunu vurub.
Bu, azərbaycanlı forvardın klub üçün rəsmi oyunda vurduğu ilk qoldur.
Rizvan CƏFƏROV,
“Azərbaycan”