AZ

“Lids” “Milan”ın hücumçusunu transfer etmək istəyir

“Milan”ın hücumçusu Noa Okafor karyerasını İngiltərədə davam etdirə bilər.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, futbolçu “Lids”in maraq dairəsinə düşüb.

İngiltərə klubu 23 yaşlı futbolçu üçün “Milan”a 20 milyon avro təklif edib. “Lids” artıq İsveçrə millisinin üzvü ilə şəxsi müqavilə şərtlərində də razılıq əldə edib. Əgər transfer baş tutarsa, Okafor yeni komandası ilə 4 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Okafor ötən mövsümün ikinci yarısını icarə əsasında “Napoli”də keçirib. O, 21 oyunda meydana çıxaraq 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” futbolçunu 13 milyon avro dəyərində qiymətləndirir.

Seçilən
54
42
90deqiqe.az

10Mənbələr