Hurriyyet.az "Ukrainskaya pravda" nəşrinə istinadla xəbər verir ki, hazırda ABŞ-də səfərdə olan Vladimir Zelenski dəvətə görə amerikalı həmkarı Donald Trampa təşəkkür edib. Zelenski "Teleqram" kanalındakı səhifəsində Ukrayna ilə tərəfdaşlarının məqsədinin müharibəni "tez və etibarlı" şəkildə bitirmək olduğunu, sülhün uzunmüddətli olmasının mühüm olduğunu qeyd edib.
Dövlət başçısı ötən illərin xətalarını, Ukraynanın "Krım ilə Donbassın bir hissəsini verməyə məcbur edildiyini" , 1994-cü ilin "təhlükəsizlik təminatları"nın işə yaramadığını xatırladıb.
Zelenski qeyd edib ki, 2022-ci il təcavüzündən sonra ukraynalılar Kiyev, Odessa, Xarkovdan imtina etmədiyi kimi, o zaman da Krımdan imtina etməyə ehtiyac yox idi.
Zelenski yazıb: "Bu müharibənin tez və etibarlı şəkildə başa çatmasını hamımız eyni dərəcədə ustəyirik. Sülh uzunmüddətli olmalıdır. bundan illərlə əvvəl Ukraynanı Krımı və ölkəmizin şərqinin bir hissəsini - Donbasın bir hissəsini verməyə məcbur etdikləri dövrdə olduğu kimi yox. Putin bundan sadəcə yeni hücumlar üçün müharibə meydanı kimi istifadə etdi. 1994-cü ildə, Ukraynaya guya "təhlükəsizlik təminatları" vermişdilər və bu da işləmədi".
Hürr Tərcüman